
Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Qaraçuq kəndində “İxrac olunan məhsulların sertifikatlaşdırılması” və “Bitkilərin xəstəlik və zərərvericiləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə agentliyin əməkdaşlarından İsayev Niyamət İsa oğlu və Kərimov Məhəmməd Ayaz oğlu çıxış edərək sahibkarları məlumatlandırıblar. Sonda sahibkarların sualları cavablandırılıb və bukletlər paylanılıb.
.jpeg)
