İyun ayının 10-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnsan hüquqları aylığı” ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə C.Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında stolüstü tennis üzrə şəhər birinciliyi keçirilib.
Birinciliyin yekununa əsasən 2 nömrəli tam orta məktəbin komandası I yerin, 1 nömrəli tam orta məktəbin komandası II yerin və 8 nömrəli tam orta məktəbin komandası III yerin qalibi olublar.
Sonda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim olunub.