14 may 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən tam orta məktəblərin qız komandaları arasında şahmat üzrə şəhər birinciliyi keçirilib.
Birincilikdə 12 tam orta məktəbin komandası, hər komandada isə 6 nəfər olmaqla, ümumilikdə 72 şagird iştirak edib. Keçirilən şahmat birinciliyinin yekununa əsasən 3 nömrəli tam orta məktəbin komandası I yerin, 8 nömrəli tam orta məktəbin komandası II yerin və 7 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olublar.
Sonda yer tutan komandalara və komanda üzvlərinə diplomlar təqdim olunub.