24 fevral 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında məktəbli oğlanlar arasında voleybol birinciliyi keçirilib.
V.Zeynalov adına 3 nömrəli tam orta məktəbdə keçirilən voleybol üzrə şəhər birinciliyində Naxçıvan şəhərində olan 10 tam orta məktəbin komandası, hər komandada isə 12 nəfər olmaqla, ümumilikdə 120 idmançı iştirak edib.
Birinciliyin yekununa əsasən 9 nömrəli tam orta məktəbin komandası I yerin, 15 nömrəli tam orta məktəbin komandası II yerin və 10 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olublar.
Sonda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları, qalib komandaya isə kubok təqdim olunub.