Əməkdaşımız “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

“Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tağıyev Əcəmi Sabir oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Dövlət qulluqçularının fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığımızı bildirir, təltif olunan həmkarımızı təbrik edərək ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq !