Naxçıvan Şəhər İcra Hakimiyyətində “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
22 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti, sahə və inzibati ərazi dairələri üzrə nümayəndəliklər, mənzil istismar idarələri, bələdiyyələr və Təhsil şöbəsi əməkdaşlarının iştirakı ilə “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək müvafiq sahəyə məsul orqanların əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. İcra hakimiyyəti başçısının müavini bildirib ki, Naxçıvan şəhərində məişət zorakılığı ilə mübarizə sahəsində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu" yaradılıb və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Daxili İşlər Nazirliyinin şöbə rəisi İman Quliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Gender məsələləri şöbəsinin baş məsələhətçisi Firuzə Hüseynova və Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru, psixoloq Çapay Quliyev mövzu ilə bağlı çıxış ediblər.