
Naxçıvan şəhərinin Əliabad qəsəbəsində şəhər təsərrüfatının saxlanılması, abadlıq və təmizlik işlərinin təşkili, mövcud problemlərin aradan qaldırılması ilə bağlı iclas keçirilib.
İclasda Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Vüqar Hüseynov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının böyük məsləhətçisi Nail Əliyev çıxış edərək sanitariya vəziyyətinin yaxşılaşdırılması, ərazidə səliqə-sahmanın qorunması və mövcud nöqsanların vaxtında aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Müzakirələr zamanı küçə və məhəllələrdə təmizlik işlərinin davam etdirilməsi, abadlığın təmin olunması və əhalinin rahatlığının artırılması ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Sonda görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.
