Əliabad qəsəbəsində vətəndaşların səyyar qəbulu keçirilib.

Sentyabrın 23-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova Əliabad qəsəbəsində vətəndaşları qəbul edib.

Qəbulda sakinlərlə yanaşı İcra hakimiyyəti aparatının məsul şəxsləri və tabeli qurumlarının rəhbərləri də iştirak ediblər. 

Gülxanım Orucova sakinlərə qəsəbədə həyata keçiriləcək bir sıra sosial layihələr barədə məlumat verib. Bildirilib ki, hazırda qəsəbədə davam etdirilən yolların təmiri işləri "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq qarşıdakı dövrdə bütün yolları əhatə edəcək və yol kənarlarında müasir işıqlandırma sistemləri qurulacaq.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Müraciətlərin həlli ilə bağlı aid şəxslərə tapşırıqlar verilib və məsələlərin həlli üçün zəruri tədbirlərin görüləcəyi bildirilib.

Vətəndaşlar ötən qəbulda bildirdikləri piyada xəttinin çəkilməsi, yola tramplin qoyulması ilə bağlı problemlərinin aradan qalxdığına görə minnətdarlıq ediblər.