Əhməd Vəliyev Əliabad qəsəbəsində vətəndaşları qəbul edib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev Əliabad qəsəbəsində səyyari qəbul keçirib, sakinlərini narahat edən məsələlərlə yerində tanış olub, onların müraciət və təkliflərini dinləyib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Naxçıvan şəhərində də ardıcıl olaraq səyyari vətəndaş qəbulları həyata keçirilir. Bu günkü tədbir də bu məhz məqsədə xidmət edir.
Qəbul zamanı Əhməd Vəliyev vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və müraciətlərlə bağlı zəruri işlərin görülməsi üçün aid şəxslərə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.