Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan KOBİM tərəfindən keçirilən təlimdə iaşə xidməti sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi Ənvər Abbasov açaraq təlimin məqsədi barədə məlumat verib, bu sahədə maarifləndirmənin əhəmiyyətini vurğulayb.
Naxçıvan KOBİM-in təlimçiləri Ziya Quliyev “Mühasibat uçotunun təşkili”, Mehparə Məmmədova “Biznes planların əhəmiyyəti və tərtibi” haqqında ətraflı məumat verib, sahibkarları maraqlandıran sualları cavabandırıblar. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlimlər Naxçıvan KOBİM tərəfindən müxtəlif mövzularda olmaqla 2024-cü ilin sonuna qədər davam etdiriləcək. Maraqlanan şəxslər könüllü olaraq təlimlərdə iştirak edə bilərlər.