Əliabad qəsəbəsində maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “Ana südünün uşaq sağlamlığında rolu” mövzusunda keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Aysel Məmmədova ölkəmizdə, o cümlədən Naxçıvan şəhərində ana və uşaqların sağlamlığının qorunması sahəsində görülən işlər barədə məlumat verib, tədbirin cəmiyyətin sağlam gələcəyindəki roluna diqqəti çəkib.

Sonra Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsin həkim-pediatrı Gülər Cəfərova və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək körpələrin ana südü ilə qidalandırılmasının əhəmiyyətinindən bəhs ediblər.  Bildirilib ki, bu sahədə maarifləndirmənin təşkilində süni qidaların riskləri barədə valideynlərin məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır.

28 nəfər qadının yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.