"Konstitusiya və Suverenlik İli" çərçivəsində "Qədim ənənələrimiz gələcəyimizə mirasdır" adlı tədbir keçirilib.

Yanvarın 28-də Naxçıvan şəhər Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin iclas zalında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli çıxış edərək, adət-ənənələrin, milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıblar. 

Bildirilib ki, dəyərlərimizin qloballaşmanın mənfi tendensiyalarından qorunması milli məsələdir və xüsusi əhəmiyyət daşıyır. 

Xüsusilə də uşaq, yeniyetmə və gənclərin tərbiyəsində, mənəvi aləmlərinin zənginləşməsində milli ideologiyamızın təbliğ və təşviq edilməsi önəmli rola malikdir. Üzərimizə düşən vəzifə bizə aid olanı qoruyub saxlamaq, yad olana, mənfi və radikal olana qarşı mübarizə aparmaqdır.

Diskussiya formatında keçirilən tədbirin sonunda iştirakçılara maarifləndirici broşürlər paylanılıb.