“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti solo konsert keçirilib

Aprelin 25-də Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin tar ixtisası üzrə V sinif şagirdi Yusif Əkbərovun solo konserti keçirilib. Naxçıvan Dövlət Filarmoniyasında təşkil olunan tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutub. Gənc istedadın ifası tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Konsertdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və icra hakimiyyətinin əməkdaşları da iştirak ediblər. Tədbir boyu Yusif Əkbərov milli musiqi irsimizin seçmə nümunələrini məharətlə ifa edərək, sənətə olan həvəsini və peşəkarlıq bacarığını nümayiş etdirib.
Konsertin sonunda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək, gənc ifaçıya və onun musiqi müəllimi Rüstəm Cəfərova gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların gənc nəslin musiqi tərbiyəsində göstərdikləri əməyini yüksək qiymətləndirib.
Tədbir sənətsevərlərə unudulmaz anlar bəxş edib və milli musiqimizin yeni nəslə ötürülməsi istiqamətində önəmli addım kimi yadda qalıb.