Əkin sahələrinə baxış keçirilib

Naxçıvan şəhəri üzrə payızlıq taxıl əkinləri üçün şum və əkin işlərinin aparılması davam etdirilir. Bu məqsədlə 28 avqust 2025-ci il tarixində payızlıq taxıl əkinləri üçün şumun keyfiyyətli aparılmasının daim nəzarətdə saxlanılması məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının iştirakı ilə Qaraxanbəyli kəndi ərazisində əkin sahələrinə nəzarət edilib, maarifləndirmə işləri aparılıb.
Qeyd edək ki, 29 avqust 2025-ci il tarixədək Naxçıvan şəhərində və kəndlərində yerləşən əkin sahələrində 69 hektar payızlıq şumu aparılıbdır.