“Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi” mövzusunda konfrans keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova 22 may 2024 –cü il tarixdə Bakı şəhərində keçirilən “Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi”konfransında iştirak edib. Azərbaycan Respublikası Mərkəzi Bankının və İcbari Sığorta Bürosunun təşkilatçılığı, eləcə də Türkiyənin “T-RUPT” texnoloji şirkətinin, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sakarya Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin dəstəyi ilə keçirilən konfransda Azərbaycan və ətraf bölgələrin seysmoteknik quruluşu, zəlzələ aktivliyi, ölkəmizdə inşa olunan bina tipləri və onların zəlzələyə qarşı dözümlülüyü məsələləri müzakirə olunub.

 Konfrans iştirakçıları həmçinin, risklərin rasional çərçivədə sığorta şirkətlərinə ötürülməsi istiqamətində təcrübələr ətrafında fikir mübadilələri aparıb.

Konfransda katastrofik risklərin maliyyə təsirləri və bu təsirlərin proqnozlaşdırılması mövzuları ətrafında təcrübə mübadilələri də aparılıb.  Konfrans çərçivəsində sığorta sektoru üçün zəlzələ və digər təbii fəlakətlər üzrə təkrarsığorta modelləşdirilməsi və tədbiqi məsələləri ilə bağlı təqdimatlar keçirilib və təkliflər irəli sürülüb.