11 sentyabr 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində Sahil Parkında açıq məşq keçirilib.
Naxçıvan Muxtar Respublikası Karate Nümayəndəliyinin müxtəlif yaş qruplarından olan 20 idmançısının iştirak etdiyi məşq zamanı xüsusi proqram əsasında nümayişlər və praktiki çalışmalar həyata keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin, idmana marağın və sülh dəyərlərinin təbliğinə töhfə vermək olub.
Sonda məşqdə fəal iştirak edən müəllim və idmançılar təşəkkürnamə ilə təltif olunublar.