”Kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, ailə - kəndli təsərrüfatlarının maliyyə əlçatanlığının artırılması” mövzusunda tədbir keçirilib

Qaraçuq kəndində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ”Kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, ailə -kəndli təsərrüfatlarının maliyyə əlçatanlığının artırılması” mövzusunda tədbir keçirilib.

Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ənvər Abbasov açaraq kənd təsərrüfatı sektorunun inkişafından, istehsalın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi üçün strateji yanaşmaların vacibliyindən bəhs edib.

Tədbirdə Qaraçuq Bələdiyyəsinin sədr müavini Vüqar Tağıyev və Naxçıvan Bələdiyəsinin Vergi şöbəsinin müdiri Araz Allahyarov çıxış edərək bildiriblər ki, ailə-kəndli təsərrüfatlarının inkişafı, yalnız kənd əhalisinin yaşam şəraitini yaxşılaşdırmaqla kifayətlənmir, həmdə ümumi iqtisadiyyatın inkişafına, məhsul bolluğuna və ekoloji tarazlığın qorunmasına mühüm təsir göstərir. Həmçinin çıxışlarda fermerlərin həyat şəraitinin yaxşılaşdırılması,onların sosial təminatlarının artırılması da ailə - kəndli təsərrüfatının inkişafı üçün vacibliyi qeyd olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.