Iyulun 5-də qəhrəman şəhidimiz Əlizadə Fuad Nazim oğlunun 30 illik yubileyi münasibətilə məzarı başında tədbir keçirilib.

Iyulun 5-də qəhrəman şəhidimiz Əlizadə Fuad Nazim oğlunun 30 illik yubileyi münasibətilə məzarı başında tədbir keçirilib. 

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti basçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları iştirak ediblər. 

Tədbirdə İcra hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək şəhid ailəsinə hörmət və ehtiramını bildirib. Qeyd edib ki, şəhid ailələri daim dövlətin diqqətində saxlanılır, onların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür. Şəhidlərimiz heç zaman unudulmayacaq, onlar hər zaman tarixdə yaşayacaqlar. Tədbir Naxçıvan Dövlət Universitetinin nəzdində olan Texniki Kollecdə davam etdirilib.

Texniki Kollecin təşkilatçılğı ilə keçirilən tədbirdə kollecin direktoru Asəf Ruşanov, İcra hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov, şəhidin döyüş yoldaşları və şəhid ailələri çıxış ediblər. 

Tədbir bədii hissə ilə davam etdirilib.

Sonda şəhid ailələri ilə xatirə şəkili çəkdirilib. Təşkil olunan çay süfrəsi arxasında şəhid ailələri ilə səmimi söhbət aparılıb.