Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər ölkə iqtisadiyyatının daha da möhkəmləndirilməsinə və yeni investisiya imkanlarının yaradılmasına mühüm töhfələr verməkdədir. Bu siyasətin mühüm istiqamətlərindən biri də respublikamızın investisiya potensialının beynəlxalq müstəvidə daha geniş təqdim olunması və yeni iqtisadi tərəfdaşlıqların qurulmasıdır. Bu baxımdan, sentyabrın 25-26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya potensialının beynəlxalq auditoriyaya təqdim olunması və regional iqtisadi bağlantılarda rolunun daha da gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir.
Prezident cənab İlham Əliyev “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə iştirak edərək moderatorun suallarını cavablandırıb. Dövlət başçısının çıxışı Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətləri, ölkənin investisiya potensialı və Cənubi Qafqazda artan iqtisadi əhəmiyyəti barədə mühüm məqamları əhatə etmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Sabit iqtisadiyyatın və müstəqil maliyyə-iqtisadi sistemin formalaşdırılması respublikamızın beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə imkan verib. Son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Bu göstərici ölkədə yaradılmış əlverişli investisiya mühitinin və həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin mühüm nəticələrindən biridir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya potensialının beynəlxalq auditoriyaya təqdim olunması və regional iqtisadi bağlantılarda rolunun daha da gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir.