Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin istilik qazanxanalarında və magistral istilik xətlərində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq işləri intensiv olaraq davam etdirilir.
Müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq mövsüm ərzində əhalini dayanıqlı istiliklə təmin etmək məqsədilə Heydər Əliyev prospekti 37 ünvanında yerləşən fərdi qazanxanada 1 ədəd DAB markalı dövriyyə nasosu və 1 ədəd siyirtmə istismara yararsız olduğundan yenisi ilə əvəz edilmişdir. İstilik qazanları ərp və küldən təmizlənmiş, bununla yanaşı qazanxanda elektrik, qaz, su və istilik xətlərinə, eləcə də avadanlıq və qurğulara texniki xidmət göstərilərək, mövsümə hazır vəziyyətə gətirilmişdir.
Qeyd edək ki, hazırda Naxçıvan şəhəri üzrə mövsüm ərzində fəaliyyət göstərən 44 istilik qazanxanasının 19-da mövsümə hazırlıq işləri görülmüşdür.