“İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda təlim keçirilib

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda təlim keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti Aparatının əməkdaşı Orxan Məhərrəmov təlimi giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova təqdimatla çıxış edərək internetdən istifadə zamanı diqqət yetirilməsi vacib olan məqamlara toxunub və bildirib ki, internet biliklərin artırılması, təhsil imkanlarının genişləndirilməsi və ünsiyyətin qurulması baxımından mühüm vasitədir. Bu sahədə cəmiyyətin maarifləndirilməsi, sağlam istifadə vərdişlərinin formalaşdırılması və valideynlərin məsuliyyətli mövqeyi xüsusi önəm daşıyır.
Sonda Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin direktoru Sevda Cabbarova çıxış edərək təlimin təşkilatçılarına minnətdarlığını bildirib.