“İntellekt dalğası regionlarda” layihəsi başa çatıb

Avqustun 9-da Naxçıvan şəhərində yerləşən “Saat meydanı” istirahət mərkəzində “İntellekt Çempionatı”nın böyük finalı keçirilib. Bununla da “İntellekt dalğası regionlarda” layihəsinə yekun vurulub.
Layihə çərçivəsində region birinciləri olan 7 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın böyük finalı keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumidünyagörüşünü əhatə edən 36 sual səsləndirilib.
Sonda qalib komandalar mükafatlandırılıb.