“İnsan hüquqları aylığı” ilə əlaqədar olaraq “Sağlam həyat mənim hüququmdur” adlı tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Naxçıvan şəhər sektorunun və Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov, 4-cü Ailə Sağlamlıq Bölməsinin bölmə müdiri Nigar Səfərova, 1-ci Ailə Sağlamlıq Bölməsinin həkim, terapevti Səkinə Hüseynova, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Naxçıvan şəhər sektorunun referenti Həmidə Zeynalxanlı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Ceyran Məmmədova, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin VI sinif şagirdi Səkinə Əliyeva və VIII sinif şagirdi Cavidan Kəngərli çıxış edərək mövzu ilə bağlı ətraflı məlumat veriblər.
Çıxışlar zamanı bildirilib ki, düzgün qidalanma, yeniyetmə və gənclərin idmana cəlb olunması, istedadlarının aşkar edilərək interaktiv klublara yönəldilməsi və asudə vaхtlarının səmərəli təşkili sağlam həyat tərzinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyır. Hər bir şəxs öz sağlamlığının qayğısına qalmalı və onun qorunması üçün həm fərdi, həm də ictimai səviyyədə çalışmalıdır. Çünki, sağlam gələcək sağlam cəmiyyətin üzərində qurulur.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.