Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyin açılış mərasimində ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər tədbirin məqsədi haqqında idmançılara məlumat verib və onlara uğurlar arzulayıblar. Şəhid ailələri təşkilatçılara təşəkkürlərini bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıblar. Sonra şəhid ailələrinə yarışdan xatirə olaraq fəxri fərman təqdim edilib. Açıq birincilikdə 17 çəki dərəcəsi üzrə 105 oğlan və qız idmançı iştirak edib. Yekuna əsasən 2011-2012-ci il təvəllüdlü idmançılar arasında Oğuz Cavadlı (34 kq, "Araz" İdman Klubu), Ülvi Əliyev (37 kq, "Araz" İdman Klubu), Əli Əbilov (42 kq, "Turan" Döyüş Klubu), Həsən İsmayılov (47 kq, "Araz" İdman Klubu), Uğur Bağışov (52 kq, "Turan" Döyüş Klubu), Onur Qafarov (57+ kq, Naxçıvan), Kamal Mustafazadə (63 kq, "Turan" Döyüş Klubu), Əli Qəribov (63+ kq, "Turan" Döyüş Klubu), 2013-2014-cü il təvəllüdlü idmançılar arasında Ayxan Quliyev (28 kq, "Turan" Döyüş Klubu), Rüzgar İbrahimli (30 kq, "Araz" İdman Klubu), Nurməmmədli Uğur (32 kq, Naxçıvan), Mövlan Seyidov (37 kq, "Araz" İdman Klubu), Tunar Abdullayev (42 kq, "Turan" Döyüş Klubu), Nəcəf Atilla (42+ kq, "Turan" Döyüş Klubu), qızlar arasında isə Ayan Həsənova (42 kq, "Turan" Döyüş Klubu), Fatimə İsmayıllı (47 kq, “Levent Bulut-Naxçıvan” Fight Club), Zenfira Məmmədli (52 kq, “Levent Bulut-Naxçıvan” Fight Club) qalib gələrək I yerin sahibi olublar. Sonda yer tutan idmançılar təşkilatçıların diplom və medalları ilə təltif olunub.