Əhməd Zöhrab oğlu Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 28 fevral 2025-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əhməd Zöhrab oğlu Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilmişdir.

Hörmətli, Əhməd Zöhrab oğlu Vəliyevi təyinatı münasibəti ilə təbrik edirik!