Əhməd Vəliyev şəhid ailələrini ziyarət edib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev bu gün şəhid Qasımov İbrahim Malikəjdər oğlu və şəhid Balabəyli Elcan Vasif oğlunun ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Əhməd Vəliyev şəhidlərimizə Allahdan rəhmət diləyərək vətənpərvər oğul böyütdükləri üçün onların valideynlərinə öz minnətdarlığını bildirib, həmçinin şəhidlərimizin adının və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görüləcək işləri şəhid ailələrinin diqqətinə çatdırıb. 

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Sonda şəhid ailələri və onların övladları ilə xatirə şəkli çəkdirilib.