
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev Hacıniyyət kənd sakinlərini narahat edən məsələlərlə yerində tanış olub, onların müraciət və təkliflərini dinləyib. Əhməd Vəliyev qaldırılan bütün məsələlərin həlli ilə bağlı tədbirlər görüləcəyini diqqətə çatdırıb və müraciətlərlə bağlı zəruri işlərin görülməsi üçün aid şəxslərə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.






.jpeg)