Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev bu gün şəhid Məmmədov Sahil Rasim oğlu və şəhid Həsənov Sadiq Əli oğlunun ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb. Əhməd Vəliyev Məmmədov Sahil Rasim oğlunun yaşadığı evin təmirdən sonrakı vəziyyəti ilə maraqlanıb, şəhidimizin atası Rasim Məmmədova həmin mənzildə xoş firavan həyat və can sağlığı arzulayıb. Şəhidin valideynləri evin təmirinə və məhəllənin asfaltlanmasına görə dövlətimizə minnətdarlıq bildirib, şəhid ailələrinin daim dövlət tərəfindən diqqətdə saxlandığını qeyd ediblər.
Şəhid Həsənov Sadiq Əli oğlunun həyat yoldaşı yaşadığı məhəllənin asfaltlanmasına görə öz minnətdarlığını bildirib.
Ailələrlə birlikdə çay süfrəsi ətrafında səmimi söhbət aparılıb.
Sonda şəhid ailələri və onların övladları ilə xatirə şəkli çəkdirilib.