Əhməd Vəliyev 6 saylı Mənzil İstismar İdarəsində vətəndaşları qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri yerlərdə vətəndaşların qəbulunu keçirir, onların müraciətlərinin həlli ilə bağlı tədbirlər görürlər.

Naxçıvan şəhərində vətəndaşların səyyar qəbulu cədvəlinə uyğun olaraq iyulun 4-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev 6 saylı Mənzil İstismar İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. 

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. İcra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.