Əhalinin sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bu məqsədlə Naxçıvan şəhər 2 saylı Mənzil İstismar İdarəsinin əməkdaşları tərəfindən İstiqlal küçəsində yerləşən ictimai yaşayış binalarının zirzəmilərində, blok girişlərində və mərtəbə aralarında dərmanlama işləri görülüb, binaların ətrafındakı yaşıllıq sahələrində ağaclara qulluq edilib.

Qeyd edək ki, müvafiq tədbirlər qarşıdakı günlərdə Heydər Əliyev prospektində yerləşən binalarda və digər ərazilərdə də həyata keçriləcəkdir.