İslam Səfərli küçəsində sakinlərin müraciətləri əsasında bərpa və təmir işləri aparılıb. Ərazidə uçmuş istinad divarı yenidən qurulub, yararsız pilləkən təmir edilib.
Görülən işlər sakinlərin təhlükəsizliyinin təmin olunmasına, gündəlik hərəkətinin asanlaşdırılmasına və küçənin abadlaşdırılmasına xidmət edir.
Naxçıvan şəhərinin müxtəlif ərazilərində bu istiqamətdə işlər davam etdirilir.