Göycə Festivalında Naxçıvan şəhər stendinə tədbir iştirakçılarının böyük marağı olub

30 may tarixində keçirilən Göycə Festivalının açılış mərasimi çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış stend festival iştirakçılarının böyük marağına səbəb olub.
Naxçıvan Göycəsindən hazırlanan əl işləri, bol çeşidli göycələr və Naxçıvan mətbəxinin zənginliyi və yerli məhsullardan hazırlanan təamların təqdimatı festivala rəng qatıb, qonaqlarda xoş təəssürat yaradıb.