Mayın 31-də Naxçıvan şəhərindəki Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Göycə Festivalı”nın ikinci günündə tanınmış teleaparıcı Lalə Azərtaş da festivalın qonaqları sırasında olub. Teleaparıcı festivalda Naxçıvan şəhər stendinə böyük maraq göstərib. Stenddə Naxçıvan bölgəsinə məxsus göycə məhsulları və göycədən hazırlanmış əl işləri ilə yaxından tanış olub.