"Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu" ilə birgə təlim keçirilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu" ilə birgə təlimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov müvafiq monitorinq qrupunun fəaliyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlərdən danışıb. Bildirilib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində atılan mütərəqqi addımdır.

Təlimin sonunda məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və yerlərdə zorakılıqla mübarizə sahəsində profilaktik işin aparılması ilə bağlı müzakirələr aparılıb.