Gender bərabərliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən elan olunmuş “Təbliğat-100” layihəsi və 18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü ilə əlaqədar “Müasir qadınlar mental dəyərləri əks etdirən stereotipləri ləğv edənlərdir” mövzusunda tədbir keçirilib. 

Naxçıvan şəhərinin Qaraçuq kəndində keçirilən tədbirdə İcra hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova muxtar respublikamızda mövcud olan gender bərabərliyindən danışıblar. Bildirilib ki, qadınların cəmiyyət həyatındakı rolu mövcud ictimai-siyasi şəraitdən və onlara göstərilən münasibətdən asılı olaraq fərqli sivilizasiyalarda və cəmiyyətlərdə fərqli formalarda özünü göstərir. Cəmiyyətimizdə qadın adının uca tutulması Azərbaycan xalqının ən yüksək, ali və mənəvi keyfiyətlərindəndir. Azərbaycanda qadına hörmət xalqımızın öndə gələn ənənələrindən olub.

Çıxışların ardından "Naxçıvan Muxtar Respublikası 100: Azərbaycanın inkişafında qadınların rolu” filminə baxış olub. 

Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb.