
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətində könüllü gənclərlə görüş keçirilmişdir. Görüş zamanı gənclərlə cari il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və layihələr müzakirə olunmuş, onların təklif və təşəbbüsləri dinlənilmişdir.
Eyni zamanda, əvvəlki festivallarda göstərdikləri fəallıq və səmərəli fəaliyyətlərinə görə fərqlənən könüllülər təşəkkürnamələrlə təltif edilmişlər.
