Tədbir iştirakçıları Müzəffər Ordumuzun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı şəhid olmuş polis serjantı Əsgərov Ələsgər Zakir oğlu, gizir Rəcəbov Vaqif Yaqub oğlu, baş leytenant Qasımov İbrahim Malikəjdər oğlu, kapitan Balabəyli Elcan Vasif oğlu və 44 günlük Vətən müharibəsi şəhidi gizir Ələkbərov Bağır Əsəd oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, qəhrəmanlarımızın həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.
Görüş iştirakçıları şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildirib, onları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik ediblər.
İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.