Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə 15 may 2024-cü il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan komandaları arasında voleybol üzrə şəhər birinciliyi keçirilib.

 

Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə 15 may 2024-cü il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan komandaları arasında voleybol üzrə şəhər birinciliyi keçirilib.

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin mini futbol meydançasında keçirilən idman tədbiri Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilib.

12 komandanın iştirak etdiyi birinciliyin yekununa əsasən 9 nömrəli tam orta məktəbin komandası I, 4 nömrəli tam orta məktəbin komandası II, 3 və 14 nömrəli tam orta məktəblərin komandaları isə III yerə layiq görülüb. Yer tutan komandalar, komanda üzvləri və müəllimlər təşkilatçıların diplomları ilə təltif olunub.