Gənclər arasında qol güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib

19 dekabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində gənclər arasında qol güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Keçirilən birincilikdə 4 çəki dərəcəsi üzrə 70 gənc öz gücünü sınayıb.
Birinciliyin nəticələrinə əsasən 60 kq çəki dərəcəsində Kamran Ağahüseynov I yerin, Tuncay İsmayılov II yerin, Xəyal Balakişiyev isə III yerin, 61–71 kq çəki dərəcəsində Ramal Rəhimov I yerin, Salam Qaflanov II yerin, Eltun Səfərli isə III yerin, 71–80 kq çəki dərəcəsində Fərid Məhsimov I yerin, Sami Dadaşlı II yerin, Zülfüqar Hüseynov isə III yerin, 81 kq-dan yuxarı çəki dərəcəsində Nihad Süleyman I yerin, Musa Musalı II yerin, Novruz Əliyev isə III yerin qalibləri olublar.
İlk üç yerin qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Naxçıvan şəhər birinciliyinin keçirilməsində əsas məqsəd həmrəylik gününün qeyd olunması ilə yanaşı, qol güləşi idman növünün gənclər arasında təbliği və sağlam həyat tərzinin təşviqi olub.