Gənc tarzən Babazadə Muradın solo konserti keçirilib

İstedadlı gənclərin yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətimizə olan sevgini, zəngin mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə görülən işlər davam etdirilir.
Belə ki, aprelin 9-da Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin V sinif şagirdi Babazadə Muradın solo konserti keçirilib.
Solo konsertdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından Rübabə Həsənova, Orxan Məhərrəmov, Könül Məmmədova, Sevinc Əliyeva və Səyyad Əliyev də iştirak ediblər.
Naxçıvan Dövlət Filarmoniyasında baş tutan konsertdə “Kor Ərəbin Mahnısı”, “Martı Yallısı”, “Torağay Quşu”, “Qərənfil” və digər musiqi nömrələri təqdim olunub.