Mayın 22-də "Konstitusiya və Suverenlik İli" çərivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman idarəsinin və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə futzal üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin təşviqindən, həmçinin idmançıların sağlam ruhda böyüməsinə şərait yaratmaqdan ibarət olub. Futzal üzrə Naxçıvan şəhər birinciliyində Naxçıvan şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin komandaları iştirak edib.
Birinciliyin yekuna əsasən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin komandası I yerin, Naxçıvan Müəllimlər İnstitutunun komandası II yerin və Naxçıvan Musiqi Kollecinin komandası isə III yerin qalibləri olublar.
Sonda qalib komanda və komanda üzvləri diplom, kubok və medallar ilə mükafatlandırılıblar.