Yanvarın 15-də Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə Naxçıvan şəhər İnzibati Ərazi Dairələri və mənzil istismar idarələrinin rəislərinin iştirakı ilə tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev giriş sözü ilə tədbirin mahiyyətindən söz açıb. Daha sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Şərif Əsədovun və Vüqar Məmmədovun müxtəlif mövzular ətrafında məruzələri dinlənilib.
Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində mövcud qanunvericiliyin tələblərini, normativ-hüquqi sənədləri, onların əsas məzmununu tədris-metodiki toplanışın iştirakçılarına çatdırmaq, mülki müdafiə təbliğatı sayəsində sülh və müharibə dövrlərindəki fövqəladə hallarda mühafizənin üsul və qaydalarının İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və mənzil istismar idarələrinin rəislərinin öyrədilməsini təmin etmək, rabitə və xəbərdarlıq sisteminin təyinatı və strukturu, rabitə və xəbərdarlıq sisteminə dair tələblər, rabitə və xəbərdarlığın təşkili üsulları haqqında məlumatları dinləyicilərə izah etmək, fərdi mühafizə vasitələrinin təsnifatı, saxlanması və əhaliyə paylanmasının təşkili, əhalinin və ərazilərin mühəndis mühafizəsinin təşkili qaydalarının yerinə yetirilməsində İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və mənzil istismar idarələrinin rolu haqında məlumat verməkdən ibarətdir.