8 avqust 2024-cü il tarixdə Naxçıvan şəhər Tumbul kəndində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
“Fitosanitar sertifikatların, baytarlıq sertifikatlarının verilməsi, həmçinin heyvandarlığın inkişafı və müalicəsi” mövzusunda keçirilən tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Səyyad Əliyev açaraq mövzu ilə bağlı məlumat verib, bu sahədə maarifləndirmənin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Məhiyyəddin Bayramov “Heyvandarlığın inkişafı və müalicəsi”, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İlahə Ağayeva və Məhəmməd Kərimov “Baytarlıq sertifikatlarının verilməsi” və “Fitosanitar sertifikatların verilməsi” mövzularında çıxışlar ediblər.
Sonda kənd təsərrüfatı istehsalçılarını maraqlandıran suallar cavablandırılıb.