Dövlət qulluqçuları üçün keçirilən təlimlər başa çatıb.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçuları üçün mayın 13-dən başlayan təlimlər bu gün də Naxçıvan Şəhər İcra Hakimiyyətində davam etdirilib.
Mayın 17-də təlimçi Gündüz Əhmədlinin moderatorluğu ilə “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında, Sevinc Məmmədova və Nazlı Abduləlimovanın moderatorluğunda isə "Münaqişələrin idarə edilməsi, Rəhbər vəzifəli şəxslər üçün insan resuruslarının idarəedilməsi və liderlik" mövzularında olub.
Qeyd edək ki, təlimlərdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova və aparatın şöbə müdirləridə iştirak edib.
Təlimlər maraqla izlənilib, sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.