Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün – avqustun 23-ü ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı kimi qeyd olunur.
Azərbaycanın dövlət mühafizə sisteminin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin bu sahədə müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində dövlət mühafizəsi sistemi təkmilləşdirilib, bu sahədə xidmətin səmərəli təşkili və təhlükəsizliyin etibarlı təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Peşə bayramı münasibətilə dövlət mühafizəsi sahəsində çalışan bütün əməkdaşlara şərəfli xidmət yollarında yeni uğurlar arzulayırıq.