Fevralın 5-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin, Qaraçuq kənd klubu və kitabxana filialının birgə təşkilatçılığı ilə “Əcəmi Naxçıvani dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov, Naxçıvan şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Həvayət Məmmədova, Qaraçuq kənd klubunun direktoru Yasəmən Əliyeva və Qaraçuq kənd kitabxana filialının müdiri Fəridə Ələkbərova çıxış edərək “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirin əhəmiyyəti, dahi memar Əcəmi Naxçıvaninin yaradıcılığı və onun Naxçıvan memarlıq məktəbinin formalaşmasındakı müstəsna rolundan bəhs ediblər.
Çıxış edənlər qeyd ediblər ki, Əcəmi Naxçıvaninin yaratdığı memarlıq nümunələri yalnız öz dövrünün deyil, bütün zamanların sənət zirvəsi kimi dəyərləndirilir.
Tədbirin sonunda mövzu ilə bağlı sərgiyə baxış olub.