Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən biri olan şanlı Aprel döyüşlərindən 10 il ötür. Dördgünlük müharibə 2020-ci ilin sentyabrında torpaqların işğaldan azad edilməsində həlledici rol oynadı. Bu döyüşlər Vətən müharibəsinə aparan yolun mühüm mərhələsi kimi tarixə düşüb. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli cavab verdi və dördgünlük müharibə zamanı böyük uğurlar qazandı. Bu döyüşlər təkcə hərbi qələbə deyil, eyni zamanda xalqımızın milli ruhunun gücünü, birliyini və ordumuzun qüdrətini nümayiş etdirdi.
Bu gün Aprel döyüşlərinin qəhrəmanları xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Onların fədakarlığı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və gələcək nəsillərə örnək olacaq.