"Bookfest Naxçıvan kitab sərgisi 2025" tədbirin üçüncü günündə yazıçı Zaur Bayramoğlu və oxucularını görüşdürdü

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki "Saat Meydanı"nda keçirilən “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” festivalı ikinci günündə oxucu görüşləri, imza saatları, eləcə də panel müzakirələrlə davam edib.

Davam edən oxucu görüşləri və imza saatları kitab festivalında yazıçı Zaur Bayramoğlunu öz sevimli oxucuları ilə görüşdürdü.