9 May tarixində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Naxçıvan şəhərindəki "Saat Meydanı"nda keçirilən “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” bağlanış mərasimi ilə öz fəaliyyətini uğurla başa vurdu.
“BOOKFEST Naxçıvan kitab sərgisi 2025” festivalın görünməyən qəhrəmanları olan "BOOKFEST" könüllülərinə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova tərəfindən diplom və hədiyyə kitabların verilməsi ilə sona çatdı.