Birinci Qarabağ müharibəsi qazisi Nəzifə Qaybalıyeva müalicə aldığı Naxçıvan Muxtar Respublika Xəstəxanasında ziyarət olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov və əməkdaşlar xəstəxanada müalicə olunan Nəzifə Qaybalıyevanın vəziyyəti ilə maraqlanıblar.
Ziyarət zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayevin salamları Nəzifə xanıma çatdırılıb. Onun səhhəti, qayğı və problemləri dinlənilib.Görüşdə qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi bildirilib, Nəzifə Qaybalıyevaya tezliklə sağalması arzulanıb.